!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dəhşətli proqnoz- Neft 20 dollara düşəcək

!Reklam – Yazi

109360_res_01ABŞ-ın nüfuzlu “Goldman Sachs” bankının analitikləri neftin qiymətinə dair bədbin proqnoz veriblər.

Yenicag.az virtualaz.org-a istinadən saytı xəbər verir ki, proqnoza əsasən 2015 və 2016-cı illərdə Brent və WTI markalı neftin qiyməti 20 dollara qədər enə bilər.

Bank bu ili mayında Brent markalı neftin barelinin qiymətinin 58,3 dollar olacağını proqnozlaşdırmışdı. İndi isə proqnozunu dəyişib və qiyməti 53,7 dollara endirib.

2016-cı ilin proqnozuna əsasən Brent markalı neftin qiyməti 62 dollar gözlənilirdi, lakin dünya neft bazarlarındakı tendensiyanı nəzərə alan bank proqnoz qiyməti 49,5 dollara endirib.

Eyni zamanda bank bildirir ki, əgər dünyada neft hasilatının indiki tempi dəyişməsə, bazara xammal təchizatı logistika gücünü və neft anbarlarının saxlama həcmini aşıb keçəcək. Bu halda qiymət 20 dollara qədər düşəcək.

www.yenicag.az

464
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv