ABŞ-da “Florens” qasırğası 34 nəfərin ölümünə səbəb olub.
Yenicag.az xəbər verir ki, 34 nəfərdən 26-sı Şimali Karolinada ölüb.
Qeyd edək ki, 4-cü dərəcəli “Florens” qasırğası sentyabrın 14-də ABŞ-ın atlantik sahillərində olub. 100 mindən artıq insan elektrik enerjisiz qalıb. Hazırda qasırğanın mərkəzində küləyin sürəti saatda 75 kilometri keçmir.