Vyetnamda “Yagi” qasırğası nəticəsində 141 ölü, 69 nəfərin itkin düşdüyü, yüzlərlə insanın yaralandığı bildirilir.
Yenicag.az xəbər verir ki, Şimali Vyetnamda “Yagi” qasırğasından sonra baş verən son daşqın nəticəsində bir kənd dağılıb. Seldə 16 nəfər həyatını itirib, onlarla insan isə itkin düşüb.
Vyetnam dövlət televiziyası VTV bildirib ki, çərşənbə axşamı Lao Cai əyalətindəki dağdan axan sel suları 35 ailənin yaşadığı Lanq Nu kəndini palçıq və dağıntılar altında qoyub.
Kənddə ölən 16 nəfərdən əlavə, indiyədək cəmi 12 nəfərin sağ qaldığı, 40 nəfərin isə itkin düşdüyü bildirilib.
VTV “Yagi” qasırğası və onun nəticələri zamanı həyatını itirənlərin sayının 141-ə yüksəldiyini, 69 nəfərin itkin düşdüyünü, yüzlərlə insanın yaralandığını deyilib.
Ölənlərin çoxu daşqınlar və torpaq sürüşmələri nəticəsində baş versə də, əksəriyyəti Lanq Nu şəhərinin yerləşdiyi Çinlə sərhəddəki Lao Cai əyalətinin şimal-qərbində baş verib.
İsmayıl Bakuvi