Dəhşətli qatar qəzası – 91 ölü (Yenilənib)

qatarqezasiHindistanın şimalında Kanpur şəhəri yaxınlığında sərnişin qatarının 14 vaqonunun relsdən çıxaraq aşması nəticəsində ölənlərin sayı 91-a çatıb.

“RİA Novosti”nin verdiyi məlumata görə, ən azı 100 nəfər yaralı var. Qəzanın dəmir yolu relsinin qırılması nəticəsində baş verdiyi ehtimal edilir.

***

Hindistanda dəhşətli qatar qəzası baş verib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, 14 vaqondan ibarət qatarın relsdən çıxması nəticəsində ən azı 63 nəfər ölüb, 150 insan yaralanıb.

Məlumatı Uttar Pradeş ştatının Kanpur şəhərinin baş polis inspektoru Zəki Əhməd təsdiqləyib.

Qeyd edək ki, hadisə ölkənin şimalında, Pukrayan şəhəri yaxınlığında qeydə alınıb.