Türkiyənin Qaziantep şəhərində dəhşətli cinayət hadisəsi yaşanıb.
Yenicag.az xəbər verir ki, psixoloji problemləri və narkotik asılılığı olan Ö.F.T adlı (şərti ad – red) şəxs öz qardaşı Halil İbrahimi yatdığı yerdə öldürüb.
Belə ki, o, yatan qardaşını 3 güllə ilə qətlə yetirib.
Ö.F.T-nin hansı səbəbdən belə bir əməl törətdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Şübhəlinin psixoloji qiymətləndirilməsi bitdikdən sonra məhkəməyə çıxarılacaq.
Şahanə Paşa