Lerik rayonunda ağır yol qəzası baş verib.
Yenicag.az xəbər verir ki, hadisə Orand kəndi ərazisində çətin keçilən dağ yolunda qeydə alınıb.
Belə ki, UAZ markalı avtomobil dərəyə aşıb. Qəza nəticəsində 1988-ci il təvəllüdlü Xəqani Orucəli oğlu Rəhimov və onun 2 yaşlı oğlu Hüseyn Xəqani oğlu Rəhimzadə ölüb.
Ailənin xəsarət alan digər üzvləri isə: Elnarə Hacıbaba qızı Rəhimli (1993-cü il təvəllüdlü, ölən uşağın anası), Zəhra Xəqani qızı Rəhimli (2012-ci il), Nigar Xəqani qızı Rəhimli (2016-cı il təvəllüdlü) və Hüseynəli Faiq oğlu Rəhimli (2017-ci il təvəllüdlü) Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.