Kanadanın “Humboldt Bronkos” xokkey klubunun gənclərdən ibarət komandasının avtobusu qəzaya uğrayıb.
Yenicag.az xəbər verir ki, avtobusun yük maşını ilə toqquşması nəticəsində 14 xokkeyçi həlak olub.
Ümumilikdə isə avtobusun içində 28 nəfər olub.
Saskaçevan əyalətində baş verən qəza zamanı ölənlərin yaşları 16-21 arası dəyişir.
Qeyd edək ki, Kanadanın Baş naziri Castin Tryudo da “Twitter” vasitəsilə həlak olanların yaxınlarına başsağlığı verib.