Dəhşətli qəza: 40 yaralı

Avstriyada iki sərnişin qatarı toqquşub. 

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 40 nəfər xəsarət alıb. Qatarların toqquşan ön vaqonlarında ümumilikdə 54 sərnişin olub ki, onlardan 40-ı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Məlumata görə, yaralılardan heç birinin həyatı təhlükəsi yoxdur.