Dəhşətli qəza – 8 nəfər yanaraq öldü

asdsdf0Yenicag az-ın APA-ya istinadən məlumatına görə, Fars əyalətində yük maşını ilə “Pejo” markalı minik avtomobili toqquşub.

Qəzadan sonra yanğın baş verib, 8 nəfər həyatını itirib, 1 nəfər ağır yaralanıb. Məlumata görə, qəzaya yük maşınının yol hərəkəti qaydalarını pozması səbəb olub.