Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

"Şaqman"a çırpılan avtobusun sürücüsü ilə bağlı qərar - Açıqlama

12:54

Bakının Qaradağ rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.

Hadisə rayonun Ələt qəsəbəsində baş verib.

Belə ki, Bakı istiqamətində hərəkətdə olan sərnişin avtobusu eyni istiqamətdə hərəkət edən ot bağlamaları ilə dolu “Şaqman” (“Shagman”) markalı yük avtomobilinə çırpılıb.

Hadisə yerinə xilasedicilər və təcili yardım briqadası cəlb olunub.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, Qaradağ rayonunda qəzaya uğrayan sərnişin avtobusu Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən müntəzəm marşrut xətlərinə aid deyil.

***

Bu gün səhər saatlarında “Araz Trans” MMC-yə məxsus Tiflis-Bakı istiqamətində sərnişin daşıyan iritutumlu avtobusun qəzaya uğraması nəticəsində ciddi xəsarət alan olmayıb.

Nəqliyyat, Rabitə və Yüksək və Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Trend-ə bildirib ki, hadisə nəticəsində 3 nəfər yüngül xəsarət alıb.

DANX rəsmisi qeyd edib ki, “Araz Trans” MMC-nin rəhbəri Bəsti Məmmədova quruma məlumat verərək bildirib ki, avtobusu idarə edən sürücü ilə müqaviləyə bazar ertəsi xitam veriləcək.

Məlumat üçün qeyd edək ki, surucu Gürcüstan vətəndaşıdır.

Xatırladaq ki, bu gecə saat 03 radələrində Bakı-Qazax yolunda sərnişin avtobusu qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə Bakı-Qazax yolunun 70-ci kilometrliyində, yolun Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verib.

Tbilisidən Bakıya hərəkət edən “Mercedes” markalı DZ 772 OH Gürcüstan dövlət qeydiyyat nişanlı avtobus idarəetməni itirərək yolun kənarında dayanmış “QAZ-53” markalı yük avtomobilinə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan 3 nəfər 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.

www.yenicag.az

10907