Dəhşətli qəza – Divara çırpılan maşın piyadanın üstünə aşdı – FOTO

Ağcəbədi rayonu, “Yahya petrol”un yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, sürücü idarəetməni itirib və yüksək sürətlə hərəkət edən avtomobil yol kənarındakı maneəyə çırpılaraq piyadanın üstünə aşıb.

Hadisə zamanı xəsarət alan olmasa da, maşına maddi zərər dəyib./Qafqazinfo/