Braziliyada sərnişin avtobusu minik avtomobili və yük maşını ilə toqquşub.
Yenicag.az yerli “G1” xəbər portalına istinadla xəbər verir ki, hadisə nəticəsində ən azı 38 nəfər həyatını itirib.
Məlumata görə, avtobusun təkəri partlayıb, sürücü nəqliyyat vasitəsinə idarəetməni itirib və yük maşınının qoşqusuna çırpılıb. Daha sonra avtobus arxadan gələn minik avtomobili ilə toqquşub. Hadisədən sonra avtobusda yanğın baş verib.
Qəza nəticəsində 38 nəfərin öldüyü, 13 nəfərin isə yaralandığı bildirilir. Avtobusun San-Paulu şəhərindən Bahia ştatının Vitoria de Konkista qəsəbəsinə yola düşdüyü bildirilir.