Dəhşətli qəzada həlak olan 3 gəncin FOTOSU

Ötən gecə Sabunçu rayonu Maştağa qəsəbəsində dəhşətli avtomobil qəzası baş verib.

Yenicag.az Manşet.az-a istinadən xəbər verir ki, qəzada VAZ-2106 ilə BMV markalı avtomobillər toqquşub, nəticədə 3 nəfər həlak olub, 1 nəfər isə ağır yaralanıb.

Qəzada həlak olanların ad və soyadları məlum olub.

Məlumata görə, həlak olan gənclər Orxan Ələkbərov, Həsən Cavadov və Rüstəm Musayev Bakının Zabrat qəsəbəsində eyni məhəllədə yaşayıb.