Dəhşətli qəzada ölənlərin kimliyi məlum olub – Fotolar – Yenicag.Az

Reklam

Reklam

Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölən və yaralanan şəxslərin kimliyi bəlli olub.

Yenicag.az xəbər verir ki, Bakı-Qazax avtomobil yolunda BMW markalı minik avtomobilinin KamAZ markalı yük avtomobilinə arxadan çırpılması nəticəsində BMW sürücüsünün həyat yoldaşı 1980-cı il təvəllüdlü Əliyeva Səmayə Məmməd qızı, qardaşının həyat yoldaşı Əliyeva Xatirə Kamil qızı və qardaşı oğlu 2005-ci il təvəllüdlü Əlizadə Rizvan Süleyman oğlu ölüb.

Qəza nəticəsində 1975- ci il təvəllüdlü Əliyev Müşviq Əliqardaş oğlu, 2012-ci il təvəllüdlü Əlizadə Ömər Müşviq oğlu, 2008-ci il təvəllüdlü Əlizadə Nərmin Müşviq qızı, 2009-cu il təvəllüdlü Əlizadə Əliqardaş Müşviq oğlu xəsarət alıblar.

Ölənlərdən birinin cəsədi deformasiyaya uğramış avtomobildən xilasedicilər tərəfindən çıxarılıb.

Məlumata görə, qəzaya düşən Qobustan sakinləri Qaxdan istirahətdən qayıdırmış.

Onların hamısının yaxın qohum olduğu bildirilir. (Apa)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 964
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."