Dəhşətli qısqanclığın sonu – Sevgilisini samuray qılıncı ilə doğradı – FOTOLAR

ABŞ-da yaşayan 31 yaşlı Emiily Javier sevgilisi Alex Levelli öldürməyə cəhd edib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə qısqanclıq zəminində baş verib.

Sevgilisinin soyuq münasibəti və hamamda qıızılı saç tellərinə rast gələn qadın aldatıldığına əmin olub.

Sevgilisinin telefonunda “Tinder” tanışlıq proqramını da görəndən sonra sinir krizisi keçirib və onu öldürmək qərarına gəlib.

 

Qısqanc və əsəbi qadın Alex Levell yatarkən onu samuray qılıncı ilə ağır bədən xəsarətləri yetirib. Daha sonra polisə zəng edərək, “Mən sevgilimi bıçaqladım, deyəsən öldü. Onu hər yerindən bıçaqladım” sözlərini deyib.

“Xəyanət etdiyinə görə öldürməyə çalışırdım, məqsədim bu idi”, – deyən qadına 20 il həbs cəzası verilib.

Hadisə ilə bağlı açıqlama verən Alex Levell ” Onun gözlərindəki nifrəti gördüm və ürəyim partlayacaqdı! Ona sevdiyimi deməyə çalışırdım, amma o dinləmir, məni öldürmək istəyirdi. Nifrət dolu qadınla ssavaşdan sağ çıxdığım üçün özümü qururlu hiss edirəm”, – sözlərini deyib.

Polis də Alex Lovelli qanlar içində tapdığını bildirib. Həkimlər Lovellin vəziyyətinin yaxşılığa doğru getdiyini,  qopan barmaqlarının yenidən yerinə tikildiyini qeyd edib.