!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dəhşətli statistika- Hər il 5 milyon uşaq ölür

!Reklam – Yazi

angel3Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondunun (UNİSEF) son məlumatına görə, dünyada hər il beş yaşdan balaca 5 milyondan çox uşaq ölür.

Yenicag.az modern.az-a istinadən xəbər verir ki, UNİSEF-in açıqladığı məlumata görə, 1990-ci ildən bəri uşaq ölümlərinin sayı iki dəfə azalıb. Ancaq BMT 2015-ci ildə daxil olmaqla ölüm hallarının üçdə iki səviyyəsinə qədər azaldılması hədəfinə nail ola bilməyib.

Hesabatda qeyd edilir ki, hər il 5 yaşdan balaca 5 milyon uşaq həyatını itirir. Bu, dünyada hər gün 16 min uşağın 5 yaşına çatmadan vəfat etdiyini göstərir.

Hesabatda 5 yaşdan balaca uşaqların ölüm səbəbləri kimi erkən doğuş, hamiləlik və ya doğuşdan sonra meydana çıxan fəsadlar, həyat üçün təhlükəli virusların yaranması göstərilir. Ölüm faktının yarısı isə kifayət qədər qidalanmamaqdan olur.

Hesabatda qeyd edilir ki, uşaq ölümlərinin 45 faizi dünyaya gəldikləri ilk 28 gündə baş tutur. 1 milyona yaxın uşaq isə dünyaya ilk göz açdığı gün ölür.

UNİSEF-in icraçı direktor köməkçisi Gita Rao Qupta qeyd edib ki, 2000-ci ildən bəri 5 yaşdan kiçik uşaqların ölümü bir çox ölkədə azalsa da, amma hələ çox uşaq qarşısı alınması mümkün olan səbəblərdən yenə də ölür.

Hesabata görə, ən çox uşaq ölümü Cənubi Afrika və Cənubi Asiyada müşahidə edilir. Məsələn, Anqolada doğulan hər 1000 uşaqdan 157-si ölür. Almaniyada isə bu rəqəm hər 1000 uşağa 4 nəfərdir.

Ümumi olaraq hesabatda 81 yoxsul ölkədən 24-də uşaq ölümlərində azalmalara nail olunduğu qeyd edilib. Bu ölkələr arasında Efiyopya, Banqladeş, Kamboça və Uqanda kimi əhalisi çox və yoxsul öğlkələr yer alır.

www.yenicag.az

491
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv