Dəhşətli təyyarə qəzası: 15 ölü – VİDEO/YENİLƏNDİ

Qırğızıstanın paytaxtı Bişkekdən Tehrana uçan “Boinq 707” yük təyyarəsi İranın Kərəc şəhəri yaxınlığında qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Məlumata əsasən, Qırğızıstan Hava Yollarına məxsus olan təyyarə eniş zamanı idarəetməni itirdiyi üçün qəzaya düşüb. Eniş zamanı pilotlar səhvə yol verərək hava limanındakı divarla toqquşub, daha sonra isə yaxınlıqdakı yaşayış zonalarına doğru eniş edib.

Təyyarədə olan 16 nəfərdən indiyə qədər 7 nəfərin meyitinin tapıldığını açıqlanıb. Təyyarənin pilotu sağ qalıb.

“Təyyarə hər dəfə Qırğızıstandan İrana dondurulmuş ət daşıyırdı. Bu gecə də təyyarəyə 30 ton ət yüklənib”, – Qırğızıstandakı Manas aeroportundan məlumat verilib.

Qeyd edək ki, təyyarənin köhnə oluğu, 1958-1979-cu illər aralığında istehsal olunduğunu bildirib.

***

İranın Məhkəmə-Tibbi Ekspertiza Təşkilatından verilən məlumatda bildirilib ki, qəza nəticəsində həlak olan 15 nəfərin meyiti tapılıb.

 

COP29