Dəhşətli təyyarə qəzası: Çırpıldı, alışıb yandı – Ölənlər var

Rusiyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Yenicag.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Moskva yaxınlığında yerləşən Ruza şəhərindəki “Aeroklassika” klubu ərazisində baş verib.

“Aeroprakt A-22” təyyarəsi yerə çırpıldıqdan sonra alışaraq yanıb.

İnsident nəticəsində nəqliyyat vasitəsinin göyərtəsində olan iki nəfər ölüb.

Faciəyə səbəb yandan əsən güclü külək olub.