Dəhşətli təyyarə qəzası – Ölənlər və yaralananlar var – VİDEO

An-24 sərnişin təyyarəsinin qəzaya düşməsi nəticəsində 2 nəfər ölüb, 22 nəfər xəsarət alıb.

Xəsarət alanlardan 7-si xəstəxanaya yerləşdirilib, digər yaralananlar isə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

***

09:42

Rusiya Federasiyasının Buryatiya Respublikasında An-24 sərnişin təyyarəsi qəza enişi edib.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, qəza nəticədində 2 pilot ölüb, daha 7 nəfər xəsarət alıb.

Qeyd edilir ki, təyyarədəki 42 nəfər və 1 uşaq xilas edilib. Təyyarə səmada olarkən mühərriklərdən birində nasazlıq ortaya çıxıb.

İlkin məlumata görə, təyyarə uçuş-enmə zolağından 100 metr kənara çıxıb və binaya çırpılıb. Təyyarə bundan sonra yanmağa başlayıb.