Xəbər verdiyimiz kimi, Rusiyanın Yeysk şəhərində Su-34 hərbi təyyarə doqquzmərtəbəli yaşayış binasının üzərinə düşüb.
Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində 6 nəfər ölüb, daha 19 nəfər yaralanıb.
Daha 6 nəfərin taleyi isə məlum deyil.
Qeyd edilib ki, hələlik bütün mənzillərə baxış keçirilməyib.