Çində dəhşətli yanğın 19 can aldı – VİDEO

Çinin cənub-qərbində Sıçuan əyalətində sənaye parkının ərazisində baş vermiş partlayış nəticəsində 19 nəfər həlak olub, 12 nəfər yaralanıb.

Yenicag.az bildirir ki, hadisə barədə yerli kütləvi informasiya vasitələri məlumat yayıb.

Əraziyə gələn yerli hakimiyyət nümayəndələri hadisənin detallarını aydınlaşdırır.

Zaur H.