Türkiyənin Düzce şəhərinin Yığılca rayonunun Hoşafoğlu kəndində dəhşətli yanğın hadisəsi baş verib.
Yenicag.az xəbər verir ki, yaşayış evinin yanması nəticəsində 3 uşaq faciəvi şəkildə ölüb, ataları yaralanıb.
Hadisə səhər saatlarında baş verib. Uşaqların atası Məhəmməd Qorxmaz azyaşlıları xilas etməyə çalışsa da, bu, mümkün olmayıb.
Qeyd edək ki, ölən uşaqlar, 8, 10 və 12 yaşlarında olublar. ONlardan ikisi fiziki məhudiyyətli olub.