Dəhşətli yanğın 9 can aldı

Banqladeşdə Çittaqonq şəhərinin daxmalar yerləşən ərazisində baş verən yanğın nəticəsində ən azı 9 nəfər ölüb.

Yenicag.az-ın məlumatına görə, hadisə nəticəsində 50-dən çox insan xəsarət alıb.

Yanğın gecə saatlarında ölkənin cənub-şərqində baş verib.

Hadisə nəticəsində 200-ə yaxın daxma dağılıb.