DƏHŞƏTLİ YANĞIN: İnsanlar xilas olmaq üçün pəncərədən atıldı – VİDEOLAR

Qazaxıstanın Almatı şəhərində dəhşətli yanğın baş verib. İnsanlar xilas olmaq üçün pəncərələrdən atılıb.

Yenicag.az qazax mediasına istinadla xəbər verir ki, hadisə şəhərin Alatau rayonunda baş verib.

Avqustun 1-də saat 15:10-da Almatıda Fövqəladə Hallar Nazirliyinin qüvvə və vasitələri daha yüksək dərəcəli Alatau rayonu, Akkent mikrorayon, 54 ünvanına göndərilib. Yanğın 16 mərtəbəli binada baş verib.

“Hadisə yerinə 6 dəqiqədən sonra çatdıq. 16 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində mənzilin açıq alovla yanması məlum oldu.

5-6-cı mərtəbə arasında liftin şaxtasında elektrik naqilləri yanır.

Sosial şəbəkələrdə insanlar sakinlərin evin pəncərələrindən tullandığını yazır.

Söndürmə işləri davam edir. Yanğının ərazisi dəqiqləşdirilir. İnsanlar təxliyə edilərək yuxarı mərtəbələrdən xilas edilir.

FHN qüvvələri 250-dən çox insanı pilləkənlərləbtəxliyə edib, 40 nəfəri 3 dizlik nərdivan və 3 nərdivandan istifadə etməklə xilas ediblər. Söndürmədə 50 nəfər şəxsi heyət və 14 ədəd texnika iştirak edir”, – deyə Fövqəladə Hallar Departamentindən bildiriblər.

Məsimə