Albaniyanın paytaxtı Tirana yaxınlığında 6,4 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb.
Yenicag.az xəbər verir ki, zəlzələ nəticəsində daha 2 min nəfər xəsarətlər alıb.
Albaniyanın paytaxtında 1,5 min evə zərər dəyib, Durresdə bu rəqəm təxminən 900 təşkil edir.
Albaniyanın baş naziri Edi Rama bildirib ki, axtarış əməliyyatı başa çatıb.