Dekabrda azad edilən ərazilərdə aşkarlanan minaların SAYI

ANAMA işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlar barədə aylıq məlumat açıqlayıb.

ANAMA-dan Yenicag.az-a verilən məlumata görə, dekabrın 1-dən 30-na qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 16 piyada əleyhinə mina, 92 tank əleyhinə mina və 555 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 419.2 hektar ərazi mina və PHS-lərdən təmizlənib