!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dekabrın 12-si bu yollar bağlanacaq

!Reklam – Yazi

bakida-yollar-buz-baglayi12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günü münasibəti ilə müvəqqəti olaraq Bakını bəzi küçələrində hərəkət məhdudlaşacaq.

Bakı şəhəri Baş Polis İdarəsinin Yol Polisi İdarəsinin ictimai əlaqələr şöbəsinin müdiri Vaqif Əsədovun verdiyi məlumata görə, bununla əlaqədar olaraq Yol polisi avtomobil sürücülərini xəbərdar edir ki, Bakının bəzi küçə və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşacaq:

“12 dekabrda saat 8:00-dan rəsmi tədbirlərin sonuna qədər, Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad etməyə gələn adamların təhlükəsizliyini təmin etmək üçün, nəqliyyatın hərəkəti Mikayıl Müşfiq küçəsinin kəsişməsindən və Parlament prospektindən Fəxri Xiyabana gedən yol istiqamətində tamamilə bağlanacaq.
Həmçinin Mikayıl Müşfiq küçəsinin Hüseyn Cavid prospekti ilə kəsişdiyi yerdə, Mehdi Hüseyn küçəsində teleteatrın yanında, Abbasqulu Abbaszadə və İzzət Nəbiyev küçələrinin kəsişməsində də hərəkət məhdudlaşacaq.”

Onun sözlərinə görə tədbir zamanı bu küçələr müvəqqəti olaraq hərəkət və dayanacaq üçün bağlı olacaq. Nəqliyyat vasitələri sahiblərinə alternativ marşrutlardan istifadə etmək və mümkün olduqca şəxsi avtomobillərdən istifadə etməmək məsləhət görülür.(Azvision.az)

 

www.yenicag.az

597
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv