Deksametazonla bağlı növbəti AÇIQLAMA

Deksametazon COVID-19-u yüngül keçirən və oksigen dəstəyinə ehtiyacı olmayan xəstələr üçün istifadə edilməməlidir.

Yenicag.az-ın məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyi bildirir ki, Birləşmiş Krallıqda aparılan son tədqiqat nəticəsində deksametazon preparatının oksigen dəstəyinə ehtiyac duyan COVID-19-lu xəstələrdə ölüm riskini azaltdığı məlum olub.

Düzgün istifadə edilmədikdə preparat ciddi əks təsirlər yaradır.