Del Pyere futbol klubu aldı

İtaliya millisinin sabiq futbolçusu Alessandro Del Pyero ABŞ-da futbol klubu satın alıb.

Yenicag.az xəbər verir ki, o, LA10 futbol klubuna sahib çıxıb.

Qeyd edək ki, Los-Anceles şəhərini təmsil edən LA10 2018-ci ildə oynadığı liqanın məğlubiyyətsiz çempionu olaraq ABŞ-ın 3-cü liqası UPSL-a vəsiqə qazanıb.