İtaliya millisinin sabiq futbolçusu Alessandro del Pyero Rusiyada problemlə üzləşib.
Yenicag.az xəbər verir ki, o, Argentina yığmasının qaldığı otelə daxil olmaq istəsə də, mühafizəçilər onu tanımayıblar.
Ətrafdakılar İtaliya futbolunun canlı əfsanəsininin kim olduğunu izah etməyə çalışsalar da, bu, nəticə verməyib.
Problem Argentina millisinin məşqçilərindən birinin işə qarışması ilə çözülüb.
Qeyd edək ki, bu gün Argentina millisi Rusiya ilə yoldaşlıq matçı keçirəcək.