İngiltərənin “Tottenhem” futbol klubu yarımmüdafiəçi Dele Alli ilə müqaviləni yeniləyib.
Yenicag.az xəbər verir ki, 22 yaşlı futbolçu ilə yeni müqavilə 2024-cü ilədək nəzərdə tutulub.
Alli “Tottenhem”ə 2015-ci ildə 6,63 milyon avro müqabilində “Milton-Kins Dons” klubundan keçib. Yarımmüdafiəçi Hotspur təmsilçisinin heyətində 153 oyuna çıxıb və 48 qol vurub.
Yayda Alli İngiltərə millisinin heyətində Rusiyada təşkil olunan dünya çempionatında dördüncü olub. Mundialda 4 oyuna çıxan futbolçu 1 qol vurub. Ümumilikdə İngiltərə yığmasında 31 oyun keçirən futbolçu 3 dəfə fərqlənib.
Qeyd edək ki, “Tottenhem” İngiltərə Premyer Liqasında 10 turdan sonra beşinci pillədə qərarlaşıb.