Dələduzların “ştatlı iş”inə çevrilən YALANÇI ŞAHİDLİK: “Onların əvvəlki ifadələrinə baxmaq və…”

“Vəkillərlə maraqlanaraq, onun vaxtilə hansı işlərdə hal şahidi qismində çıxış etdiyini öyrənmək mümkündür”.

Bu fikirləri məhkəmə prosesinə cəlb olunan şahidin yalan ifadəsinin üzə çıxarılması üçün atılmalı olan addımlardan danışan hüquqşünas Səməd Rəhimli Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, “yalançı şahidliyin” üzə çıxarılması işin mahiyyətindən asılı olaraq dəyişən prosesdir:

“Adətən, bu hallara narkotiklə bağlı məsələlərdə daha çox rast gəlinir. Hal şahidlərinin yalançı ifadə verdiyi barədə şübhə yaradan bir sıra məqamlar var.

Bu zaman ilk növbədə həmin şahidlərin əvvəlki ifadələrinə baxmaq lazımdır. Eyni zamanda, vəkillərlə maraqlanaraq, onun vaxtilə hansı işlərdə hal şahidi qismində çıxış etdiyini öyrənmək mümkündür.

Belə hallarla qaşılaşdıqda, mütləq gerçəklərin üzə çıxarılmasına və yalan ifadə verən şəxs barəsində cəza tədbirlərinin görülməsinə cəhd göstərmək lazımdır”.

Nəsimi Ələsgərli

COP29