!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dələduzluğa məruz qalan vətəndaş hara müraciət edəcəyini bilmir

!Reklam – Yazi

img1552912Yenicag.az-a dələduzluqla üzləşmiş bir oxucumuzun şikayət məktubu daxil olub. Məktubda deyilir:

“Yazıb sizə bildirirəm ki, mən Ağayev Elnur Azər oğlu 2009-cu ildə Bakı şəhəri Nəsimi rayon M. Əcəmi metrosu yaxınığında yerləşən “Moskva” Univermağı adlı qızıl – alqı satqısı mərkəzində satıcı kimi fəaliyyət göstərməyə başladım. İşlədiyim dövr ərzində təzə – təzə özümün necə bir insan olduğumu ətrafımda olan kollektivə bildirirdim ki, bir mərdiməzar çıxaraq qarşıma mənim rüsvay olmağıma və işdən cıxarılmağıma nail ola bildi. Danışacağıma adam demək olarsa o, 1977-ci il təvəllüdlü Masallı rayon sakini Məmmədov Zaur Qalabəy oğludur. Zaura hansı ad desən yaraşır. Çünki bu adam peşəkar yalançı, fırıldaqçı, dələduz və cilddən – cildə girməyi bacaran bir şəxsdir. Məmmədov Zaur mən satıcı işlədiyim dövrdə mağazaya bahalı geyimdə gələrək özündə mənə qarşı inam yaradaraq 3700 $ məbləğində qızıl – zinət əşyalarını götürərək geri qaytarmadı. Mən Ağayev Elnur Azər oğlu 2009 – cu il adını çəkdiyim ticarət mərkəzində inamımı Zaura görə itirərək banklara möhtac oldum və həmin univermağdan çıxmalı oldum.

2010 – 2012-ci illərdə cəbhə bölgəsində vətənə olan layiqli borcumu verərək geri döndüm. Hadisədən 6 (altı) il keçməsinə baxmayaraq Zaur mənə olan borcunu geri qaytarmaq istəmir. 2012 – ci ildən mən bütün hüquq -mühafizə orqanlarımıza rəsmi müraciət etmişəm. MTN – nə, DİN – nə, ƏN – nə, BŞBPİ – nə, Nəsimi RPİ – nə, hadisə baş verdiyi ərazi üzrə 19 – cu polis bölməsinə şikayət etmişəm. Mənim sonradan apardığım xırda araşdırmalar zamanı məlum oldu ki, bu adam bu işin peşəkarı olaraq arxasında hansısa güclü qüvvənin durması hesabına bu işi özü üçün hobbi seçib. Mən bu insanın nə ilk, nə də ki, son qurbanı deyilmişəm. Masallı rayonundan olan digər  mənim kimi cavan Mirzağa adlı bir vətəndaşı qurban seçərək onu da 13.000 azn dəyərində aldadaraq ziyan vurub. Vətəndaş Məmmədov Zaur Qalabəy oğlunu 2013 – cü ildə Suraxanı RPİ – nin 33 – cü PB-nin əməkdaşları digər bir əməlinə görə CM – nin 178 – ci, yəni dələduzluq maddəsi ilə paytaxt sakininin rəsmi şikayəti əsasında saxlamağa müvəffəq olsalar da, Zaur burdan da alnıaçıq heç nə olmamış kimi sərbəst həmin qüvvənin hesabına buraxılaraq yenə öz çirkin əməllərini davam etdirərək bu günkü günə qədər azadlıqdadır. Zaurun həmin 2013-cü ildə olan cinayətinin polis digərlərini istisna etmirdi. Həmin cinayəti KİV – lərdə dərc olunub. Mənim sizə yazmaqda məqsədim budur ki, mənə bəlkə siz kömək edəsiniz, burdan hüquq – mühafizə orqanlarının rəhbərliyinə səslənisiniz ki, mənim problemimə əncam çəksinlər. Artıq yorulmuşam. Son ümid yerim siz oldunuz. Diqqətiniz üçün təşəkkürlər!”

Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

www.yenicag.az

860
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv