DƏLİDƏN DOĞRU XƏBƏR: “Azərbaycanla bərabərlik prinsipi əsasında yaşamağa hazırıq” – Tovmasyan

“Biz Azərbaycanla bərabərlik prinsipi əsasında yaşamağa hazırıq”.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bunu Qarabağ separatçısı, qondarma qurumun “parlament spikeri” Artur Tovmasyan BMT-nin daimi üzvü olan dövlətlərin rəhbərlərinə müraciətində deyib.

“Azərbaycan çoxmillətli ölkədir, biz min illərdir yan-yana yaşamışıq. Bu gün də biz qonşularımızla bərabərlik prinsipi əsasında yaşamağa hazırıq.

Belə olan halda biz tankı traktorla, avtomatı kürəklə əvəz edəcəyik. Yalnız siyasi qərarlar regiona sülh gətirə bilər”, – Tovmasyan deyib.

Məsimə