!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Delta" ştammı TƏŞVİŞİ - Yoluxmamaq üçün vaksinin üçüncü dozası vurulmalıdır? - Tibb ekspertindən AÇIQLAMA

!Reklam – Yazi

“İkinci doza vurulan şəxslər yenidən koronavirusa yoluxarsa, bu halda üçüncü və ya dördüncü doza peyvəndlər vurulacaq”.

Bu sözləri “Delta” ştammı təhlükəsinə görə Azərbaycanda vaksinin 3-cü dozanın vurulması ilə bağlı təklifə münasibət bildirən Tibb eksperti Rasif Bağırov Yenicag.az-a açıqlamasında deyib.

Ekspertə görə, koronavirusun ştammları həddindən artıq çoxdur. Bu baxımdan “Delta” ştammından sonra başqa ştammlar da meydana çıxacaq:

“Bütün hallarda sözügedən ştammlar koronavirusun təsir dairəsindən kənara çıxmır. Yəni, koronavirusun ilk dövrlərdə yaratdığı ölüm halları ştammlar tərəfindən də eyni halı yaradır. Ona görə də bu ştammın təhlükəsinin xüsusilə şişirdilməsi düzgün deyil. Sadəcə “Delta” ştammının yoluxma sürəti daha artıqdır. Bu ştammın ölkəmizdə yayılmaması üçün üçüncü dozanın ayrıca vurulması doğru yanaşma olmaz. Çünki koronavirusla mübarizədə yüksək effekt verən vaksinlərin tapılması üçün vaksinasiya prosesi hələ davam edəcək. Sinovac vaksininin vurulmasına ehtiyac olub-olmadığını da praktika göstərəcək. Əgər vaksin vurulmuş insanlar yenidən xəsətələnərsə, bu halda üçüncü və ya dördüncü dozanın vurulmasına ehtiyac yaranacaq”.

Gülşən Şərif

www.yenicag.az

494
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv