Dəm qazı bu hallarda yaranır – Xəbərdarlıq

Dəm qazının yanma prosesi necə olmalıdır ki, təhlükə yaranmasın? Hansı qızdırıcı avadanlıqlar dəm qazı yaya bilər?

Yenicag.az baku.ws-ə istinadən xəbər verir ki, bütün bu sualları təhlükəsizlik qaydaları üzrə ekspert Elmar Nurəliyev İctimai kanalda yayımlanan “Sabaha saxlamayaq” verilişində cavablandırıb.

Onun sözlərinə görə, dəm qazı iysiz, dadsız, rəngsizdir və havadan yüngüldür: “Dəm qazı zəhərləyici xassəyə malikdir. Dəm qazı yanma prosesi düzgün getmədikdə yaranır. İnsanlar bilməlidir ki, standartlara cavab verməyən qaz cihazlarından istifadə etdikdə, qaz cihazlarına texniki qulluq vaxtında göstərilmədikdə və qaz cihazlarına kənar müdaxilələr zamanı yanma prosesi düzgün getmir və dəm qazı yaranır”.

COP29