Dəm qazı daha bir can aldı

dem76Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.

Binəqədi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Rəsulzadə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1966-cı il təvəllüdlü Mehparə Məzahir qızı Əliyeva yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.