Dəm qazı yenə CAN ALDI 

Sumqayıtda 40 yaşlı qadın dəm qazından boğularaq ölüb.

Yenicag.az xəbər verir ki, hadisə Yaşıldərə yaşayış masdivində yerləşən fərdi evlərdən birində qeydə alınıb

1984-cü il təvəllüdlü Nailə Qabil qızı Şükürova hamam otağında dəm qazlndan boğularaq ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.