ABŞ-ın Nyu-Cersi ştatında dəm qazından kütləvi zəhərlənmə olub.
OilGas.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Pert-Amboy şəhərində çoxmənzilli evdə qeydə alınıb. Hadisə nəticəsində 35 nəfər qazdan zəhərlənib, 1 nəfər ölüb.
Vəziyyəti ağır olan 6 nəfər xəstəxanaya yerləşdirilib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.