Dəm qazından zəhərlənən 24 nəfər xəstəxanaya yerləşdirilib

Bu ilin ilk-yanvar ayında dəm qazından zəhərlənmələrin sayı açıqlanıb.

Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov APA-ya bildirib ki, ötən ay ərzində klinikaya dəm qazından zəhərlənə ilə bağlı 28 müraciət daxil olub. 24 nəfərin xəstəxanaya yerləşdirildiyini deyən A.Maqsudov qeyd edib ki, onlardan 2-si azyaşlı uşaq olub. Hadisələr nəticəsində heç bir ölüm halı qeydə alınmayıb.

Yenicag.az