Dəməşqdə Ədliyyə Sarayında törədilən partlayış nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb.
Yeniçağ.Az-ın Rusiya mediyasına agentliyinə istinadən verdiyi xəbərə görə, terrorçu-kamikadze binanın foyesində partlayıcı qurğunu işə salıb.
***
Suriyanın paytaxtı Dəməşqdə güclü partlayıb baş verib.
Yeniçağ.Az-ın “APA”-ya istinadən verdiyi xəbərə görə, onlarla insanın öldüyü və yaralandığı bildirilir.
Partlayış Ədalət Sarayının binasında baş verib.
Partlayıcı qurğu binanın foyesində işə salınıb.
Ötən həftə Dəməşqdə ikiqat terror aktı nəticəsində 70-dən çox adam ölüb. O zaman terrorçular Bab-əs-Səgir şiə məzarlığı yaxınlığında toplaşan kütlə içində partlayıcı qurğuları işə salıblar.
Yeniçağ.Az