Dəməşqdə Rusiya səfirliyi atəşə tutulub

1479125831Suriyanın paytaxtı Dəməşqdə Rusiya səfirliyi minaatanlardan atəşə tutulub.

Yeniçağ.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiya XİN məlumat yayıb.

“Mərmilərdən biri diplomatik missiyanın həyətyanı ərazisinə, ikinci mərmi isə səfirliyin yaxınlığına düşüb”,- məlumatda qeyd olunur.

Məlumata əsasən, hadisə nəticəsində diplomatik missiyanın əməkdaşları xəsarət almayıb.

Yeniçağ.Az