Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 29-da Xankəndi şəhəri ərazisindən ümumilikdə 5 avtomat silahı, 2 tapança, 1 tüfəng, 11 qumbara, 8 alışdırıcı, 19 patron darağı aşkar olunub.
“WhatsApp” mesencerinin tərtibatçıları aprelin 11-dək razılaşdırılmalı olan xidmət şərtlərini yeniləyiblər. Şərtlərlə razılaşmayan istifadəçinin hesabları bloklanacaq.
Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.