Demet Akalının 1340 dollarlıq corabı – FOTO

Türkiyənin məşhur aranjiman ustası Alper Atakanın toyu olub.

Yenicag.az xəbər verir ki, toyda bir çox məşhurlar iştirak edib. Müğənni Demet Akalın da həyat yoldaşı Okan Kurtla birgə şad günündə yaxın dostunun yanında yer alıb. Akalın geyimi ilə diqqətləri üzərinə çəkməyi bacarıb. Onun dikdaban ayaqqabı ilə geyindiyi corabın qiyməti isə hər kəsin təəccübünə səbəb olub.

Belə ki, “Gucci” brendindən olan bu corabın qiyməti 1340 dollardır (2278 manat).