Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Dəmir çatışmazlığı: Bu əlamətlər və qidalar...

Sizdə halsızlıq, diqqət azalması, yuxusuzluq, ürəkdə çırpınma, saç tökülməsi, dəridə solğunluq, tez yorulma, dırnaqlarda qırılma, əsəbilik kimi əlamətlər varsa, bunlara biganə qalmayın. Mütəxəssislər hesab edir ki, bütün bunlar orqanizmdə dəmir çatışmazlığına işarələr sayılır.

Yenicag.az xəbər verir ki, dəmir çatışmazlığı Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən xüsusi qeyd olunan problemlərdən birdir. Dünyada 2 milyarddan çox şəxs, yəni dünya əhalisinin təxminən 30 faizində dəmir azlığı var. Onların arasında qadınlar çoxluq təşkil edir.

Təxminən hər 3-4 qadından birində dəmir çatışmazlığının olduğu bildirilir. Qadınlarda aybaşı dövründə çox qan itirilməsi və doğuşlar dəmir azlığının səbəblərindən biri kimi qeyd olunur.

Hesab olunur ki, dəmir azlığı özlüyündə bir xəstəlik deyil, əlamətdir. Yəni onun hansı səbəbdən yarandığını öyrənmək lazımdır.

Mütəxəssislər bildirir ki, kişilərdə və menopauza dönəmində olan qadınlarda dəmir azlığı olarsa, bunu ciddi şəkildə araşdırmaq gərəkdir.

Dəmir azlığı mədə-bağırsaq xərçəngi də başqa olmaqla, ginekoloji xərçəng və bir çox ciddi xəstəliklərin də əlaməti ola bilər. Ona görə də qeyd olunan əlamətlər varsa, həkimə müraciət edib dərmir azlığının səbəbini araşdırmaq lazımdır.

Dəmir azlığının aradan qaldırılması üçün qidalanma faktorun önəmi vurğulanır. Həftədə ən azı 2 dəfə qırmızı ət yemək, çay içməyi azaltmaq tövsiyə olunur. Çoxlu çay içmək dəmir azlığının əsas səbəblərindən biri sayılır. Hesab olunur ki, gündə 2-3 fincandan çox çay içmək olmaz, çayı yeməkdən 1-1,5 saat sonra içmək lazımdır.

Bundan başqa, qidalanmada ispanaq, digər göyərtilər, qırmızı kələm, çuğundur, mərcimək, quru lobya, noxud kimi qidalara çox yer ayırın.

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

239