“Dəmir yolları bankrot ola bilər”

600@0“Bizim dəmir yolları üçün aldığımız avadanlıqlara çox böyük gömrük rüsumları tətbiq olunur”. Bu sözləri Azərbaycan Dəmir Yolları QSC-nin sədri, millət vəkili Cavid Qurbanov Milli Məclisdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan Dəmir Yolları sosial səbəblərdən sərnişin biletlərinin qiymətini artırmaq istəmirik. Amma dəmir yolları üçün gətirinən məhsullar bizdə yoxdur. Ona görə də gömrük rüsumları 18 %-lik ƏDV dəmir yolunu bankrota gətirib çıxara bilər”,-deyə Cavid Qurbanov bildirib.

C. Qurbanov bildirib ki, ucdantutma hər şeyə 18 faizlik Əlavə Dəyər Vergisinin (ƏDV) tətbiq etmək düzgün deyil: “Düzdür, elə məhsullar var ki, 25-30 faiz ƏDV tətbiq oluna bilər. Amma elə məhsullar var ki, bu problem yaradır”,-deyə millət vəkili bildirib.

Ötən ilin dekabrında baş verən devalvasiya “Azərbaycan Dəmir Yolları” QSC-nin bilet qiymətlərinə təsir edib. Qiymət artımı yalnız beynəlxalq daşımalara aid edilir.

Həmin vaxt “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirimişdi ki, ölkə daxilində biletləri manatla satılır. “Amma beynəlxalq sərnişindaşımada ödənişləri İsveçrə frankı ilə həyata keçiririk. Dolların da kursu qalxdığı üçün kursa uyğun satış həyata keçiriləcək. Valyutanın kursu dəyişdiyi üçün biletin konkret qiymətini demək çətindir”,-deyə o, bildirib.