Dəmir yolu stansiyasından oğurluq edərkən yaxalandılar – Hacıqabulda

Hacıqabul dəmir yolu stansiyasının ərazisindən oğurluq edən şəxslər saxlanılıb.

DİN-dən Yenicag.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 17-də Hacıqabul dəmir yolu stansiyasının ərazisindən uzunluğu 12 metr olan relsi oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Namiq Novruzov və Vasif Nağıyev saxlanılıblar.