«DəmirBank” mənfi xəbər üzrə liderdir

master_cirrus_maestroAzərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin iyun ayı üzrə banklar ilə bağlı olaraq analiz işini yekunlaşdırıb.

2016-ci ilin iyun ayında elektron mətbuatda, yəni sayt və portallarda banklarla əlaqəli 23235 xəbər yerləşdirilib – bu xəbərlrədən 10800 xəbərdə konkret bank adı çəkilib: 10515-i neytral, 285-i isə mənfi  xəbərdir.

Mənfi xəbərlər arasında “liderlər”: DəmirBank (63  xəbər – Dəmirbank maxinasiyalari: dələduzluq etmək istəyən bu banka gəlsin), Unibank Kommersiya Bankı (40 xəbər – Unibankın intihar üsulu: insanlar banka görə ölümə hazırlaşır – şok), Zaminbank (30 xəbər – Zamin Bankda müdhiş dələduzluq).

  1. Beynəlxalq Bank
1970 xəbər
  1. Kapital Bank
840 xəbər
  1. DəmirBank
512 xəbər
  1. Bank of Baku
458 xəbər
  1. Unibank Kommersiya Bankı
456  xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1952 xəbər dərc edilib – 565 xəbərdə konkret bankın adı hallanıb.

Bu xəbərlərdən 562 xəbər neytral, 3-ü isə mənfi xəbərdir. DəmirBank (1 xəbər – Dəmirbank əmanətçilərin şikayətlərini  təmin etmir), TuranBank (1 xəbər – Turanbankın yalan vədləri), Unibank Kommersiya Bankı (1 xəbər – Ölü bankların sayı artır) mənfi xəbərlər arasında liderdir.

 

Xəbər sayına görə sıralama:

 

  1. Beynəlxalq Bank
176 xəbər
  1. Kapital Bank
48 xəbər
  1. PAŞA Bank
30 xəbər
  1. VTB Bank
28 xəbər
  1. Bank Respublika
22 xəbər

İyun  ayında televiziya kanallarında banklar haqqında 419 neytral xəbər göstərilib – 46 xəbərdə hər hansı bankın adı çəkilib.

Xəbər sayına görə sıralama:

  1. Beynəlxalq Bank                                     15 xəbər
  2. Bank Standard 8 xəbər
  3. Azər-Türk Bank                 6 xəbər
  4. DəmirBank 3 xəbər
  5. Caspian Development Bank      3 xəbər

İyun ayında radio kanallarında banklar haqqında xəbər səslənməyib.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

 

COP29