Fransanın Marsel şəhərində Sen-Şarl dəmiryolu vağzalı təxliyə edilib.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, təxliyəyə vağzalda şübhəli şəxsin saxlanılması səbəb olub.
Vağzalda əlində şübhəli çanta olan şəxs saxlanılıb. Saxlanılarkən o sənədlərini təqdim etməkdən imtina edib və bildirib ki, çantasında partlayıcı qurğu yoxdur.
İstehkamçılar çantanı yoxlayıblar. Lakin vağzal ərazisində də axtarış aparılır. Qatarların həkəti dayandırılıb.