!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dəmiryolu vağzalındakı restoranla bağlı ağır ittihamlar - Marixuana, "hallanmış" gənclər...

!Reklam – Yazi

Son 1 ildə Dövlət Dəmiryolu İdarəsində köklü şəkildə yenidənqurma işləri gedir. Bu günlərdə istifadəyə verilən Bakı-Tbilisi-Qars beynəlxalq dəmiryolu layihəsi isə bu inkişafın bariz nümunəsidir.

Uzun illər tamamilə yararsız vəziyyətdə olan Dəmiryolu Vağzalının binası əsaslı təmirdən sonra vətəndaşların istifadəsinə verilib. Memarlıq abidəsi kimi qorunan köhnə vağzal binası isə restavrasiyadan sonra öz gözəlliyi ilə şəhərimizi bəzəməkdə davam edir. Yeni Vağzal binasında ASAN Xidmətin ən böyük şöbələrindən birinin yerləşməsi isə buranın əhəmiyyətini daha da artırır.

Amma və lakin…

İnterpress.az-ın yaydığı məlumat isə bütün bu inkişafı kölgə altında qoyur. Söhbət yeni istifadəyə verilmiş Dəmiryolu Vağzalında yerləşən “TASTE” restoranından gedir. Özünü restorandan çıxan işçi kimi təqdim edən şəxsin verdiyi məlumata görə, adı çəkilən müəssisədə baş verən “çirkli” proseslər heç bir çərçivəyə sığmır. İşdən ayrılmasının əsl səbəbini bununla əlaqələndirən şəxs qeyd edir ki, ölkə rəhbərliyi tərəfindən bütün sahələrdə əhaliyə yüksək xidmət verilməsi tələbinə və tapşırığına baxmayaraq burada əsl özbaşınalıq hökm sürür. Adı çəkilən “TASTE” restoranı isə az qala paytaxtın kriminal məkanına çevrilməkdədir.

Qatarların 24 saat hərəkətdə olmasından istifadə edən restoran da 24 saat rejimi ilə fəaliyyət göstərir. Müştərilərinin böyük əksəriyyətinin gənclər olduğunu deyən mənbə burada marixuanaların satıldığını iddia edir. Aydın məsələdir ki, ASAN xidmətlə yan-yana olan bir restoranda spirtli içki, qəlyan, diskoteka birmənalı şəkildə qadağan edilib. Lakin “TASTE”də bu mənzərəni hər gün müşahidə etmək mümkündür.

Təbii, bu həm sağlam gəncliyin məhv edilməsinə, həm də şəhərimizin giriş qapısı olan dəmiryolu vağzalının imicinə ciddi şəkildə ziyan gətirməkdədir. Artıq “gecə diskotekaları”, “sərxoş gənclər”, “hallanmış” müştərilərə görə ətraf binalarda yaşayan sakinlərdən aidiyyatı qurumlara dəfələrlə şikayətlər daxil olub. Mənbə qeyd edir ki, kriminal yolla külli miqdarda vəsait qazanan restoran rəhbərliyi sakinlərin narazılığını pul hesabına “boğmağı”bacarır və burada baş verənlərin qarşısı heç cür alınmır.

www.yenicag.az

2270
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv